Qəlbə düşən işığın gücü     

 

Heydər Sumağallı  – Xəlilov Heydər  Carulla oğlu 1939-cu ildə İsmayıllı rayonunun, Sumağallı kəndində anadan olub.  Orta təhsil aldıqdan sonra Şamaxı Pedaqoji Texnikumunu, daha sonra isə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin qiyabi şöbəsini bitirərək təqaüdə çıxana qədər yaşadığı Sumağallı kənd  məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib.

Orta məktəbdə işlədiyi illərdə “Metodist müəllim”, “Ali kateqoriyalı müəllim” adına layiq görülüb.

On il – 1973-cü ildən 1983-cü ilə kimi Sumağallı kənd orta məktəbini direktoru işləyib.  Ədəbiyyata, mətbuata və yaradıcılığa meyilli bu ziyalı “Orta məktəbdə inşa yazılar necə yazılmalıdır?” kitabının müəllifi, Azərbaycan Jurnalistlər Birliyinin və “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyinin üzvüdür.

Təcrübəli pedaqoq “Həsən bəy Zərdabi” mükafatı laureatı, təqaüddə olan veteran müəllimdir.

Elmi-publisist yazıları ilə mərkəzi və yerli-mətbuatda çıxış edən müəllifin bu yaxınlarda

“Qəlbin işığında” adlandırdığı kitab işıq üzü görüb.  Bu kitabda sözün həqiqi mənasında zaman-zaman ürəyindən gələn, onu narahat edən və düşündürən həyat səhnələrinin müəyyən məqamları və yaşadığı bölgədə diqqətini cəlb edən yenilik və təbliğ oluna biləcək məsələlərə münasibət bildirməkdən yaranmış şeir, hekayə və məqalələr toplanmışdır.

Kitabın maraqla oxunacağına və lazım gəldikdə yazıların maraqlı mənbə kimi istifadə olunacağına əminlik yaradır. Müəllifin  qəlbinə düşən işığın gücü, yaşadığı ömrün bir örnək olduğu bu qələm nümunələrində əksini tapıb.

 Ramiz Zülfüqarov 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir