Görülmüş işlər, mövcud vəziyyət və qarşıda duran vəzifələr    

 

İsmayıllı bələdiyyəsinin “2025-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr” barədə hesabat yığıncağı keçirilib.

Yığıncaqda İsmayıllı bələdiyyəsinin sədri Qüdrət Kazımov 2025-ci ildə özünüidarəetmə qurumu tərəfindən həyata keçirilən işlər barədə hesabat verib.

Tədbir öncəsi bələdiyyənin üzvləri ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüblər.

Tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İsmayıllı Rayon İcra Hakimiyyətinin İsmayıllı şəhəri üzrə nümayəndəsi, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri eləcə də seçicilər iştirak ediblər.

Bələdiyyələrin Əsasnaməsinə uyğun olaraq iclasın keçirilməsində əsas məqsəd görülmüş işlər, mövcud vəziyyət və qarşıda duran vəzifələr barədə ictimaiyyətə məlumat verilməsi olub.

Hesabat məruzəsində bələdiyyə tərəfindən ötən dövr ərzində həyata keçirilən layihələr, sosial və infrastruktur sahəsində görülən işlər diqqətə çatdırılıb. Vətəndaşların müraciətləri əsasında müxtəlif sahələr üzrə atılan addımlar konkret rəqəmlər və faktlarla qeyd edilib, əldə olunan nəticələr barədə ətraflı məlumat verilib.

Bələdiyyə sədri çıxışı zamanı mövcud problemlərə də toxunaraq onların həlli istiqamətində görülən tədbirləri və planlaşdırılan işləri açıqlayıb. Bu çərçivədə xüsusilə vergilərin toplanması ilə bağlı fikirlər səsləndirilib, aidiyyatı qurumlarla əməkdaşlığın vacibliyi vurğulanıb.

İclasda iştirak edənlər hesabat ətrafında fikir mübadiləsi aparıb, təklif və tövsiyələr səsləndirib, görülmüş işləri qənaətbəxş hesab ediblər. Qaldırılan məsələlər bələdiyyə rəhbərliyi tərəfindən diqqətə alınaraq gələcək fəaliyyət planlarında nəzərə alınacağı bildirilib.

Sonda bələdiyyə sədri göstərilən diqqətə görə iştirakçılara təşəkkür edib və qarşıdakı dövrdə görüləcək işlər barədə qısa məlumat verib. Hesabat iclasının bələdiyyə fəaliyyətində şəffaflığın artırılmasına töhfə verdiyi qeyd olunub.

Ülkər Əsədova  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir