Vətənpərvərlik ruhu gücləndirilir                   

 

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Gənclər Mərkəzi” ictimai birliyi “Qalib xalqın qalib qəhrəmanları” layihəsini təqdimatını İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində keçirib.

Tədbir öncəsi kollecin direktoru, dosent Kəmalə Süleymanlı qonaqları şəhid tələbə və məzunlarının xatirəsinə təhsil ocağının həyətində inşa olunmuş xatirə lövhəsi ilə tanış edib. Şəhid məzunlar haqqında qonaqlara ətraflı məlumat verib. Xatirə lövhəsinin önünə gül dəstələri qoyulduqdan, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən bütün şəhidlərimizin ruhu yad edildikdən sonra təqdimata start verilib.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Nəsimi Teymurov, Dağlıq Şirvan Regional Gənclər İdarəsinin rəis müavini Fərhad Qurbanov, “Gənclər Mərkəzi” ictimai birliyin sədri, layihənin rəhbəri Kənan Qubadzadə və kollecin tərbiyə işləri üzrə direktor müavini Vüqar Mikayıllı çıxış ediblər.

Çıxışlarda sözü gedən layihə vasitəsi ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqları, şəhid və qazilərimizin şücaətini cəmiyyətə yetərincə tanıdılması, gənc nəsildə vətənpərvərlik ruhunun gücləndirilməsinin əsas məqsəd olduğu  vurğulanıb.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir