Şair yubiley medalına layiq görülüb
Avrasiya Sənət Kültür Ədəbiyyat və Bilim Federasyonunun (ASKEF) Azərbaycan bölməsinin Bakı şəhərində 10 illik yubiley tədbiri keçirilib. Tədbirdə bölmənin fəalları və rayon nümayəndəliklərinin rəhbərləri iştirak ediblər.
Tədbirdə ASKEF-in 10 ildə türkdilli xalqların birliyi çərçivəsində gördüyü işlərdən söz açılıb. Bu sahədə fərqlənənlərə Fəxri fərmanlar və yubiley medalları təqdim olunub.
ASKEF-in İsmayıllı bölgəsi üzrə səlahiyyətli nümayəndəsi şair Şahməmməd Dağlaroğlu da təltifə layiq görülənlərdən olub.
“İsmayıllı xəbərləri”

