Həmyerlimiz ilin gənc alimi seçilib             

 

2025-ci ilin nəticələrinə görə Bakı Dövlət Universitetində (BDU) 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “İlin gənc alimi” müsabiqəsinin nəticələri açıqlanıb.

İsmayıllı rayonunun Ağbulaq kəndində anadan olmuş və böyüyüb boya-başa çatmış Bağırov Məhəmmədbağır Əflatun oğlu “İlin gənc alimi” müsabiqəsinin qalibi adını qazanıb.

Müsabiqə komissiyasının qərarına əsasən, BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının elmi işçisi, nanomaterialların kimyəvi fizikası kafedrasının doktorantı M.Bağırov təbiət – dəqiq və texnika elmləri üzrə “İlin gənc alimi” seçilib.

Gənclər və İdman naziri Fərid Qayıbov və BDU-nun rektoru Elçin Babayev qalibi diplom və pul mükafatı ilə təltif ediblər.

İsmayıllı rayon ictimaiyyəti və gəncləri, eləcə də qəzetimizin oxucuları adından həmyerlimizi – “İlin gənc alimi”ni təbrik edirik!

İsmayıllı xəbərləri”   

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir