Obyektivlik və şəffaflığa önəm verilib
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci PHŞ-in direktoru dosent Kəmalə Süleymanlı “Payız imtahan sessiyasına tələbələrin baxışı” mövzusunda Tələbə Gənclər Təşkilatının sədri İlkin Osmanlı və Tələbə Həmkarlar Təşkilatının sədri İlkin Nəsibli ilə görüşüb.
Görüşdə tədrisin təşkili, imtahanların keçirilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivlik və şəffaflıq, apelyasiya müraciətlərinə obyektiv baxılması və digər məsələlərlə bağlı müzakirələr edilib, tələbələrin rəy və təklifləri dinlənilib.
Görüşdə kollecin şöbə müdiri Kamalə Hüseynova da iştirak edib.

