Hamı finala çıxdı
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 8-16 yaşadək oğlanlar və qızlar arasında şahmat üzrə ölkə çempionatının seçmə yarışlarının zona mərhələsi başa çatdırılıb.
Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə Şamaxı rayonunda keçirilən zona mərhələsində İsmayıllı Uşaq-Gənclər İdman-Şahmat Məktəbi (UGİŞM) 10 nəfər şagirdlə iştirak edib. Təmsilçilərimizin 10-u da Azərbaycan çempionatının finalına vəsiqə qazanıb. İsmayıllı UGİŞM-nin direktoru Nəriman Alıyev başda olmaqla bütün kollektivi təbrik edir və gələcək yarışlarda da qaliblərin hər birinə uğur arzulayırıq.
T.Haşımov

