Yeni əməkdaş kollektivə təqdim olunub
Dağlıq Şirvan Regional Təhsil İdarəsi tərəfindən İsmayıllı rayon E.Həsənov adına Mücühəftəran kənd tam orta ümumtəhsil məktəbinə Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə təyin olunmuş Xoşqədəm Oruclunu məktəbin direktoru N.Ağaməmmədov kollektivə təqdim edib.
Direktor yeni vəzifəsində Xoşqədəm müəllimə uğurlar arzulayıb, şəffaf şəkildə vəzifələrə kadr təyinatına görə DŞRTİ rəhbərliyinə və İsmayıllı Təhsil sektoruna təşəkkür edərək bildirib ki, bu tendensiya təhsildə, xüsusilə də gənc müəllimin çalışdığı məktəbdə müsbət dinamika formalaşdıracaq.
“İsmayıllı xəbərləri”

