Birincilik arzulayırıq
İsmayıllı şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbinin qızlardan ibarət komandası mini futbol üzrə İsmayıllı rayon turnirində uğurla çıxış edərək ikinci yeri qazanıb.
Komanda turnir ərzində yüksək əzmkarlıq, komanda ruhu və idman bacarığı nümayiş etdirərək, məktəbin idman şərəfini layiqincə təmsil edib. Bu nailiyyət şagirdlərimizin idmana olan marağının, müəllimlərin zəhmətinin və məqsədyönlü hazırlığın nəticəsidir.
Qalib komandamızı və məşqçi-müəllimi təbrik edir, idmançı qızlarımıza gələcək yarışlarda daha böyük uğurlar – birincilik arzulayırıq.
E.Babayev

