Redaktor sözü: Unutmamalıyıq…               

 

İsmayıllı Azərbaycanın ən gözəl turizm bölgələrindən biridir. Təbii landşaftı, saf havası, meşələri və tarixi məkanları ilə bu ərazi təkcə yerli turistlərin deyil, xarici qonaqların da diqqətini cəlb edir. Bilməliyik ki,  turizmin inkişafı ilə yanaşı, ətraf mühitin qorunması məsələsi də xüsusi önəm daşıyır. Lakin bəzi hallarda təbiətə laqeyd münasibət, tullantıların ətrafa atılması və ictimai məkanların çirkləndirilməsi bu gözəlliyə kölgə salır. Turist və ya qonaq ətrafı nəzərdən keçirdiyi vaxtda qiyməti məkana yox, bizə verir.

Unutmamalıyıq ki, ərazinin təmiz saxlanılması yalnız aidiyyəti qurumların deyil, hər bir vətəndaşın məsuliyyətidir. İstirahətə gələn turist də, bu bölgədə yaşayan sakin də təbiətə hörmətlə yanaşmalı, öz davranışı ilə nümunə olmalıdır. Bir nəfərin diqqətsizliyi ümumi mənzərəyə zərər vura, illərlə qorunan təbiəti qısa zamanda məhv edə bilər.

İsmayıllının təbiəti bizim ortaq sərvətimizdir. Bu sərvəti qorumaq, gələcək nəsillərə sağlam və təmiz şəkildə ötürmək isə hamımızın borcudur. Təmiz ərazi, mədəni turizm və məsuliyyətli yanaşma İsmayıllının simasını daha da gözəlləşdirəcək və onun turizm potensialını uzunmüddətli edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir