Qəbuldan məmnunluq ifadə olunub

 

İsmayıllı Rayon İcra Hakimiyyətində rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə növbəti dəfə rayon sakinləri qəbul edilib və müraciətlər dinlənilib.

RİH-i başçısı Nahid Bağırov qəbulda iştirak edən sakinlərin qaldırdıqları bütün məsələlərin həlli üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb.  Aidiyyəti şəxslərə sakinlərin qaldırdıqları problemlərə operativ yanaşılmasının vacib olduğu bildirib. Məsələlərin bir qismi yerindəcə həll olunub.  Dinlənilən vətəndaşlar qəbuldan məmnun qaldıqlarını ifadə ediblər.

Şərh Yaz