Növbəti uğurların qazanılması üçün mühüm imkanlar yaranacaq
İsmayıllı təhsilindəki uğurları davamlı etmək məqsədi ilə rayonun İcra Hakimiyyəti başçısı Nahid Bağırov qabaqcıl məktəblərin kollektivi ilə görüşlər keçirir, onların iş təcrübəsinin yayılması məqsədini daşıyan tədbirlərdə iştirak edir. İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbində məktəbin pedaqoji kollektivi ilə görüş də bu məqsəddən qaynaqlanıb.
Başçı təhsil müəssisəsində mövcud vəziyyəti yerindəcə qiymətləndirib, müəllimlərin fikirlərini dinləyərək, qarşılıqlı fikir mübadiləsi aparıb.
Səmimi və açıq dialoq şəraitində keçirilən görüşdə tədris prosesi, şagirdlərin uğur və nailiyyətləri, müəllimlərin ehtiyacları, eləcə də ümumi təhsil mühiti ilə bağlı məsələlər müzakirə olunub.
Görüş zamanı son illərdə rayonda təhsil infrastrukturunun yenilənməsi, məktəblərin əsaslı şəkildə təmiri və yeni təhsil ocaqlarının istifadəyə verilməsi barədə məlumatlar açıqlanıb.
Pedaqoji kollektiv səmimi görüşə və faydalı tövsiyələrə görə RİH-i başçısına minnətdarlıq edib. Çıxış edənlər bu kimi görüşlərin gələcəkdə də baş tutacağına əminlik ifadə ediblər. Onlar qeyd ediblər ki, təhsil ictimaiyyəti ilə açıq dialoqun, qarşılıqlı dəstəyin gücləndirilməsi növbəti uğurların qazanılması üçün mühüm imkanlar yaradacaqdır.
Görüş iştirakçıları sonda xatirə şəkli çəkdiriblər.

