Şərəfli missiya ləyaqətlə davam etdiriləcək
20 oktyabr Azərbaycanda energetiklər – nur paylayanlar günüdür.
İsmayıllı energetikləri həmin gün ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edərək, abidə önünə qızılgüllər düzüblər. Gülqoyma mərasimində İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Eyyub Musayev iştirak edib. Energetiklər Günü münasibətilə bu sahədə çalışanları təbrik edib, onlara həyat və fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıb. Əmin olduğunu bildirib ki, rayon energetiklərinin üzərlərinə düşən şərəfli missiya bundan sonra da ləyaqətlə davam etdirəcək.
Bu tarix Azərbaycanın həyatında xüsusi əhəmiyyət kəsb edən əlamətdar bir hadisəyə əsaslanır. 1981-ci il oktyabrın 20-də “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) birinci enerji bloku ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilib, bununla da Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyulub. Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə həmin tarixin ölkəmizdə Energetiklər Günü kimi təsis edilməsi isə milli energetika salnaməmizin daha bir şanlı səhifəsi, ölkə rəhbərliyinin bu sahədə çalışan insanların fədakar əməyinə verdiyi böyük dəyərin ifadəsidir.
“İsmayıllı xəbərləri”

