Ərizə və şikayətlərin müsbət həlli üçün tədbirlər görülür
Vətəndaşlarla növbəti səyyar qəbul-görüşümüzü Zeyvə kəndində keçirdik.
Bu sözlər İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun sosial şəbəkə səhifəsindən götürülüb.
Başçı qeyd edir ki, bu qəbildən olan tədbirlər Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun həyata keçirilir. Rayonumuzun kənd və qəsəbələrində, İsmayıllı şəhərinin ayrı-ayrı məhəllələrində vətəndaşların səyyar qəbulları davam etdirilir.
Keçirilən hər qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilir, araşdırma tələb edən müraciətlər qeydiyyata alınır və həlli üçün müvafiq tapşırıqlar verilir.
Səyyar qəbullar zamanı sakinlərimizin müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görülür, müvafiq tapşırıqlar verilir, – deyə başçı fikrini tamamlayıb.

