Azyaşlıların sağlamlığı və təlim-tərbiyəsi diqqətdədir
İsmayıllıda azyaşlıların sağlamlığı ilə bağlı maarifləndirici reydlər davam edir.
İsmayıllı Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi, şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik və İsmayıllı bələdiyyəsi əməkdaşlarının birgə təşkilatçılığı ilə azyaşlıların sağlamlığı və təlim-tərbiyəsinə dair növbəti maarifləndirici reyd keçirilib.
Reyd zamanı rayonda azyaşlıların maraq göstərdiyi obyektlərdə yoxlamalar aparılıb, obyekt sahibləri ilə maarifləndirici söhbətlər edilib.
Tədbir iştirakçıları xüsusi olaraq qeyd edib ki, uşaqların sağlamlığı və düzgün tərbiyəsi yalnız ailələrin deyil, bütövlükdə cəmiyyətin məsuliyyətidir. Bu tədbirlər, gəlcəkdə baş verə biləcək istənməyən halların qarşısının alınmasına, həmçinin, uşaqların intellektual inkişafına dəstək olmaqla, onların cəmiyyətdə faydalı və məsuliyyətli fərd kimi yetişməsinə töhfə verir.
Reydlərin davamlı keçirilməsi, zərərli vərdişlərin qarşısının alınması və uşaqların sağlam gələcəyinin təmin olunması üçün mühüm addımdır.
Reydlərin yaxın günlərdə rayonun digər ərazilərində də davam etdiriləcəyi planlaşdırılır.

