Səyyar görüş-qəbullar davam edir
İsmayıllı rayonunda RİH-i başçısı Nahid Bağırovun vətəndaşlarla növbəti səyyar qəbul-görüşü Qoşakənd kəndində keçirilib.
Cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonunun əksər kəndlərində, qəsəbələrində və İsmayıllı şəhərində məhəllələr üzrə vətəndaşların səyyar qəbulu davam edir.
Keçirilən qəbullarda vətəndaşların müraciətləri diqqətlə dinlənilir, araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq həlli üçün müvafiq tapşırıqlar verilir.

