Fikir və məqsəd birliyindən güc birliyi yaranır

İsmayıllı bələdiyyəsinin hüdudlarına daxil olan Cülyan kəndində abadlıq və quruculuq işlərinə xüsusi diqqət yetirilir. Kəndin təbii üstünlükləri, bu yaşayış məntəqəsini sözün həqiqi mənasında, istirahət etmək istəyənlərin, qonaqların, turistlərin intensiv əlaqə saxladığı məkana çevirmişdir. Bu cəhəti və kənd sakinlərinin rahatlığını nəzərə alaraq bələdiyyə yerli sakinlərin, eləcə də daxili imkanların  köməyi və iştirakı ilə kənddaxili küçələrin gediş-gəliş üçün yararlı vəziyyətdə olmasına diqqət göstərməkdədir.

Oktyabr ayının 4-də bir qrup kənd fəalının yaxından iştirakı və dəstəyi ilə yararsız vəziyyətdə olan bir neçə kənddaxili küçəyə çınqıl döşənmişdir. Uzunluğu 500 metr olan başqa bir küçədə isə çuxurlar çınqılla doldurulmuş və texnika vasitəsilə hamarlanmışdır. Kəndin digər küçələrində də oxşar işin aparılması nəzərdə tutulur.  Bir məsələni qeyd etmək yerinə düşər ki, fikir və qəqsəd  birliyi olan  yerdə güc birliyi yaranır və istənilən başlanğıc uğurla sonuclanır.

Odur ki, bu işdə bələdiyyəyə dəstək olan hər bir kəsə təşəkkür edirik.

Ülkər Əsədova,

İsmayıllı bələdiyyəsinin əməkdaşı

 

Şərh Yaz