Növbəti nümayəndə günü keçirilib

 

 

İsmayıllı Rayon İcra Hakimiyyətinin inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə RİH-nin iclas zalında növbəti “Nümayəndə günü” keçirilib.

Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli, 2181 nömrəli Fərmanına uyğun olaraq, rayon ərazisində görüləcək işlərlə bağlı təlimatlar verilib. Belə ki, rayon ərazisində 1 iyun 2023-cü il tarixinədək inşa edilmiş, lakin istismara icazə sənədi olmadan fəaliyyət göstərən obyektlərin siyahısının hazırlanaraq aidiyyəti üzrə təqdim olunması diqqətə çatdırılıb.

İƏD üzrə nümayəndəliklərin ərazilərində qanunsuz tikililərə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi, ərazilərin sosial problemlərinin müəyyən edilməsi, qışa hazırlıq – qaz, işıq, odun məsələləri müzakirə edilib, mövcud problemlərin aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

İclasda həmçinin bələdiyyələrin fəaliyyətinə dair məsələlər də diqqət mərkəzində saxlanılıb.

Şərh Yaz