Təşəbbüslərin davamlı olmasın vacibdir

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi “Peşə hazırlığı” layihəsi çərçivəsində “İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT)” kursunun açılış mərasimi keçirilib.

Açılışda Mərkəzin ekspert qrupunun üzvləri, icraçı şirkətin nümayəndələri, Mərkəzin əməkdaşları, həmçinin kursdan bəhrələnəcək şəxslər iştirak ediblər.

Tədbirin açılışında çıxış edənlər layihənin əhəmiyyətindən, gənclərin, xüsusilə qadınların peşə hazırlığının artırılmasının əmək bazarına müsbət təsirindən danışıb, belə təşəbbüslərin davamlı olmasının vacibliyini vurğulayıblar.

İştirakçılara verilən məlumata əsasən, Dövlət Məşğulluq Agentliyi və “CYBERCORE MMC”-nin əməkdaşlığı çərçivəsində keçiriləcək kursda 30 nəfər işaxtaran gənc, əsasən də qadınlar iştirak edəcəklər. 3 aylıq tədris müddətində iştirakçılara MS Office (Word, Excel, PowerPoint) proqramları, internet resurslarından və elektron poçtdan istifadə qaydaları, informasiya təhlükəsizliyinin əsasları, proqramlaşdırmanın əsasları və sair mövzuların tədrisi nəzərdə tutulur.

Açılış mərasimindən sonra iştirakçılar üçün kursun ilkin tanışlıq sessiyası təşkil olunub.

Şərh Yaz