Şəhidin məzarı və ev muzeyi ziyarət olunub

15 oktyabr 2025-ci il tarixində  İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin ekologiya və aqrar fənlər üzrə fənn birləşmə komissiyasının sədri Mətanət Ağayeva, bir qrup müəllim və tələbə ilə 44 günlük Vətən müharibəsi şəhidi Məmmədli Cəmil Habil oğlunun anım günü münasibətilə məzarını və ev muzeyini ziyarət ediblər.

Müəllim və tələbələr şəhidin əziz xatirəsini dərin ehtiramla yad edərək, məzarının üstünə gül dəstələri düzüblər. Ziyarət zamanı şəhid yaxınları, həmçinin anası şəhidlə bağlı unudulmaz xatirələrindən söz açıb.

Çıxış edənlər tələbələrə şəhidin göstərdiyi igidliklər, vətənə olan bitib tükənməyən sevgisi haqqında məlumat veriblər.

Keçirilən tədbirdə məqsəd Vətən uğrunda canından keçən qəhrəman oğullarımızı bir daha yad etmək və onların şərəfli yolunu gənclərə nümunə göstərərək vətənpərvərlik ruhunu aşılamaq olub.

Şərh Yaz