Universitetdə kitab təqdimatı
20 oktyabr 2025-ci il tarixdə Azərbaycan Dövlət İqtisad Universitetində şəhid Aqil Mirzəliyevə həsr olunmuş “Göyərçinə dönən qəhrəman” kitabının təqdimat mərasimi keçirilib.
Təqdimatda universitetin müəllim və tələbə heyətinin bir qrupu, İsmayıllıdan olan şəhid ailələrinin üzvləri, Milli Məclisin üzvü Novruzəli Aslanov, Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, kitabın tərtibçi redaktoru, jurnalist Lətifə Əliyeva və digər qonaqlar iştirak ediblər.
“İsmayıllı xəbərləri”

