Kolleci bitirdi, indi universitetdə işləyir

 

Əliağa Ağaməşədi oğlu Əliyev 2020-ci ildə İsmayıllı Dövlət Humanitar və Texnologiya kollecinin kompyuter şəbəkələri və hesablama texnikasının təmiri və servis xidməti ixtisasına qəbul olunub. 2022-ci ildə təhsil müəssisəsini 95,0500 müvəffəqiyyət balı ilə bitirib. 2023-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 230 nömrəli qərarına əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin informasiya təhlükəsizliyi fakültəsinə qəbul olunub. 2024-cü ildə təhsil aldığı universitetin işə qəbul komissiyasından müvəffəqiyyətlə keçərək Rəqəmsal Texnologiyalar Departamentində əmək fəaliyyətinə başlayıb. Deyilənləri qısaca söyləsək Əliağa Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin qiyabi təhsil alan tələbəsi, həm də əməkdaşıdır.

İsmayıllı xəbərləri”

Şərh Yaz