Nəzəri biliklər təcrübə ilə əlaqələndirilir

21 oktyabr 2025-ci il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin ekologiya və aqrar fənlər fənn birləşməsinə daxil olan  aqronomluq, meşə və park ixtisasları üzrə təhsil alan tələbələrin rayonun Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitki Mühafizəsi sektorunun keçmiş müdiri, təcrübəli aqronom Akif Əsədov, Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Ağarza Zülfüqarov, Şahdağ Milli Parkının elmi işçisi Ata Qəribovla görüşü keçirilib.

Görüşün əsas məqsədi tələbələrin ixtisasları üzrə biliklərini artırmaq, onların nəzəri biliklərini praktik təcrübə ilə əlaqələndirmək, kənd təsərrüfatı ilə meşə təsərrüfatı sahəsində müasir yeniliklər haqqında məlumatlandırmaq olub.

Görüşün əvvəlində kollecin şəhid tələbə və məzunlarının xatirəsinə ucaldılmış xatirə lövhəsi ziyarət olunub,  torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən bütün şəhidlərin xatirəsi yad edilib. Kollecin direktoru dosent Kəmalə Süleymanlı dəvəti qəbul edib, tələbələrlə öz bilik və təcrübələrini paylaşmağı qəbul etdikləri üçün qonaqlara təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən mütəxəssislər kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi, ekosistemin qorunması, yaşıllaşdırma işlərinin elmi əsasları və meşələrin mühafizəsi istiqamətində görülən işlər barədə danışıblar. Görüş tələbələrin maraqlı sualları və qarşılıqlı fikir mübadiləsi ilə yekunlaşdı.

Görüşdə kollecin inzibati təsərrüfat işləri üzrə direktor müavini Çingiz Aslanov, şöbə müdiri Elmir Ağayev, ekologiya və aqrar fənlər fənn birləşmə komissiyasının sədri Mətanət Ağayeva, qida məhsullarının təhlükəsizliyi fənn birləşmə komissiyasının sədri Faiq Məmmədov, metodist Ülviyyə Əliyeva, ixtisas üzrə müəllimlər Reyhan Əsədova, İlahə Kərimli, Hacı Məmmədov, Nail Bayramov, Dünya Səmədli və tələbələr iştirak ediblər.

Şərh Yaz