Tələbə həyatı: İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecindən xəbərlər

 

Düzgün həyat seçimi əhəmiyyətlidir

 

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “Sağlam həyat naminə erkən evliliyə yox deyək” adlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, mərkəzin sosial pedaqoqu Rəsul Rəhimli, sosial iş üzrə mütəxəssis Kəmalə Əhmədova, Rayon Polis Şöbəsinin sahə rəisi polis leytenantı Zaman Məmmədov və kollecin tibb və sağlamlıq elmləri fənn birləşmə sədri Elşən Həsənov iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd erkən evliliyin gənclərin fiziki və psixoloji inkişafına, təhsillərinə, həmçinin gələcək həyatlarına mənfi təsirlərini izah etmək, ictimaiyyətdə bu mövzu ilə bağlı maarifləndirməni gücləndirmək olub.

Çıxış edənlər erkən nigahların fəsadları barədə ətraflı məlumat verdilər, həmçinin dövlətin bu istiqamətdə həyata keçirdiyi qanunvericilik tədbirlərindən söz açıb, gənclərə düzgün həyat seçiminin əhəmiyyəti, sağlam həyat tərzinin təşviqi və təhsilin önəmi barədə  danışıblar.

Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

A.Soltanova

Şərh Yaz