Səyyar qəbullar davam etdirilir
Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq İsmayıllı rayonunun kənd və qəsəbələrində vətəndaşların səyyar qəbulu davam etdirilir.
Vətəndaşlarla növbəti səyyar qəbul-görüş rayonun Enişdibi kəndində keçirilib.
Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb və həlli üçün müvafiq tərəflərə tapşırıqlar verilib.
Səyyar qəbullar zamanı sakinlərin müxtəlif məsələlərlə bağlı müraciətləri, ərizə və şikayətlərinin müsbət həll olunması üçün mütəmadi tədbirlər görülür. Çünki keçirilən görüş-qəbullarda əsas məqsəd vətəndaşların razılığına nail olmaqdır.
“İsmayıllı xəbərləri”


