Rəhbərliyə minnətdarlıq ifadə olunub
İsmayıllı Rayon İcra Hakimiyyətində başçı Nahid Bağırovun və rayonun bir sıra idarə, müəssisə, digər xidmət təşkilatları rəhbərlərinin iştirakı ilə növbəti dəfə rayon sakinlərinin qəbulu keçirilib. Qəbula gələnlərin müraciətləri, istək və narazılıqları dinlənilib.
Qəbulda iştirak edən sakinlərin qaldırdıqları bütün məsələlərin həlli üçün tədbirlər görüləcəyi onların diqqətinə çatdırılıb və aidiyyəti tərəf və şəxslərə sakinlərin qaldırdıqları problemlərə operativ yanaşılmasının vacib olduğu bildirilib.
Səmimi qəbula görə müraciət edənlərin hər biri rayon rəhbərinə minnətdarlıq ifadə edib.
“İsmayıllı xəbərləri”


