İsmayıllı təhsili hər zaman ön sıralarda    

İsmayıllı Rayon İcra Hakimiyyətində 2024–2025-ci tədris ilində rayonun təhsil sahəsində yüksək nəticə göstərmiş məzunlarla görüş keçirilib.

Görüşdə rayon üzrə 535-dən artıq şagirdin tələbə adını qazanaraq respublikanın müxtəlif ali məktəblərinə qəbul olunduğu bildirilib. Onlardan 30 nəfərin 600-dən, 86 nəfəri isə 500-dən yuxarı bal topladığı vurğulanıb. Ən yüksək nəticəni İsmayıllı şəhər N.Behdiyev adına 6 nömrəli  tam orta məktəbin məzunu Həsənli Osman Rahim oğlu göstərib. Onun 673,8 bal toplayaraq Bakı Ali Neft Məktəbinə qəbul olunduğu qeyd olunub.

RİH-in başçısı Nahid Bağırov uğur qazanmış gəncləri, onların müəllim və valideynlərini səmimi-qəlbdən təbrik edib, onlara doğma Vətənimizin daha da qüdrətlənməsi yolunda möhkəm iradə və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Başçı bildirib ki, təhsil hər bir ölkənin və bölgənin sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Ulu öndər Heydər Əliyevin dediyi kimi: “Təhsil millətin gələcəyidir.” Bu gün ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində təhsilimiz daim inkişaf edir.

Gənclərin uğuruna sevinən başçı məhz istedadlı gənclərin nailiyyətləri nəticəsində İsmayıllı təhsilinin hər zaman ön sıralarda dayanacağına əminlik ifadə edib.

Yüksək uğur qazanmış məzunlarla görüşdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin rəsmisi iştirak edib. Qaliblərin hər birinə  RİH-nin Fəxri fərmanı və qiymətli hədiyyə təqdim olunub.

Görüş xatirə şəklinin çəkilişi ilə yekunlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir