Məqsəd rahatlığa təminat verən şərait yaratmaqdır 

 

Köhnədaxar kəndi İsmayıllı rayonunun ən səfalı, ucqar kəndlərindən biridir. Rayonun bütün yaşayış məntəqələrində sakinlərlə görüşən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov sentyabr ayının ilk günlərində vətəndaşlarla növbəti səyyar qəbul-görüşü keçirmək üçün  Köhnədaxar kəndində olub.

Qeyd edək ki, bu görüşlər Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilir. Görüşlərin keçirilməsində məqsəd vətəndaşların rahatlığına təminat verən şəraitin yaradılması, mövcud problemləri vaxtında və yerində həll etməkdən ibarətdir.

Köhnədaxar kəndində keçirilən qəbulda da vətəndaşların müraciətləri diqqətlə dinlənilib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb və qısa müddətdə  həlli üçün müvafiq tapşırıqlar verilib.

Səyyar qəbullar zamanı sakinlərin müxtəlif məsələlərlə bağlı müraciətləri, ərizə və şikayətləri birmənalı şəkildə diqqətdə saxlanılır, müsbət həll üçün müvafiq tapşırıqlar verilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir