Tapşırıqlar daim diqqətdə saxlanılır   

 

 

Sentyabr ayının 10-da İsmayıllı Rayon İcra Hakimiyyətində rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə növbəti dəfə vətəndaş qəbulu keçirilib.

RİH-i başçısı Nahid Bağırov qəbula gələnləri qəbul edərək, onları narahat edən məsələlərlə maraqlanıb.

Başçı bildirib ki, qəbulda iştirak edən sakinlərin qaldırdıqları bütün məsələlərin həlli üçün tədbirlər görüləcək. Bunun üçün aidiyyəti qurumların cavabdeh şəxslərinə sakinlərin qaldırdıqları problemlərə operativ yanaşılmasının vacib olduğu bildirilib. Başçı onu da qeyd edib ki, dövlət-vətəndaş münasıbətlərini yüksək səviyyədə saxlamaq üçün Prezident cənab İlham Əliyevin tapşırıqları daim diqqətdə saxlanılır.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir