Ümidlər boşa çıxmadıqda

Hər həftənin çərşənbə günü bir qayda olaraq İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların fərdi qəbulları keçirilir. Sentyabr ayının 17-nə düşən qəbulda da problemlərinin həllinə ümid bəsləyənlər bu imkandan istifadə ediblər.

Qəbula gələnlərin hər biri diqqətlə dinlənilib. Həlli araşdırma tələb etməyən problemlər yerindəcə aradan qaldırılıb.

Qəbula gələnlərin böyük əksəriyyəti müvafiq işlə təmin olunmalarını xahiş edir,  mülkiyyət və digər  sənədlərinin qaydada olmamasından şikayətlənirlər. Sosial yardıma ehtiyac duyanlar, sağlamlığını bərpa etmək məqsədi ilə maliyyə köməkliyi istəyənlər də qəbullarda üstünlük təşkil edir.

Diqqətəlayiq haldır ki, RİH-in başçısı Nahid Bağırov qəbula gələnlərin hər birini dinlədikdən sonra  mövcud problemin həllinə cavabdeh olan tərəflərə dərhal qanunamüvafiq tapşırıqlar verir və vətəndaşın dövlətə olan inamına lazımı zəmin yaradır. Elə bunun nəticəsidir ki, RİH-i başçısının qəbulunda olan hər kəs qəbuldan sonra ümidinin boşa çıxmadığını görür və dövlətdən, onun ərazidəki nümayəndəsindən razı olduğunu fərəhlə dilə gətirir.

İsmayıllı xəbərləri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir