İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Nahid Bağırova İsmayıllı şəhərinin “Babadağ” küçəsi, dalan 2 ünvanında yaşayan sakinlərdən minnətdarlıq məktubu
Çox hörmətli Nahid müəllim!
Prezident cənab İlham Əliyevin sərəncamı ilə İsmayıllı rayonuna başçı təyin olunduğunuz gündən bölgənin inkişafı, insanların sosial rifahı, rahat yaşaması üçün gördüyünüz çoxsaylı işlərdən xəbərdarıq. Gördüyünüz bütün işlərə görə Sizə minnətdarlıq edir, görülməsini planlaşdırdığınız işlərə görə isə can sağlığı və bol-bol uğur arzulayırıq.
Rəhbərliyiniz altında İsmayıllıda əldə olunan yenilikləri, o cümlədən küçələrin asfaltlaşdırılmasını görüb sevinir, yaşadığımız ünvanda da oxşar işin görülməsini arzulayırdıq. Hazırda Sizin diqqətiniz, işgüzarlığınız və xeyirxahlığınız sayəsində həyata keçmiş arzumuzun sevincini yaşayırıq.
Sevincimizi Sizinlə bölüşməyi və Sizə səmimi qəlbdən minnətdarlıq etməyi özümüzə borc bildik.
Canınız sağlam, işləriniz avand olsun!
Dərin hörmətlə: İsmayıllı şəhəri, “Babadağ” küçəsi, dalan 2 ünvanında yaşayan sakinlər
20 avqust 2025-ci il

