Səyyar qəbullar davam edir     

 

“Vətəndaşlarla növbəti səyyar qəbul-görüşümüzü Zərnava kəndində keçirdik.

Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonumuzun kənd və qəsəbələrində vətəndaşların səyyar qəbulu davam edir.

Avqust ayının 19-da keçirilən qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənildi, araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq həlli üçün müvafiq tapşırıqlar verildi.

Səyyar qəbullar zamanı sakinlərimizin müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görülür, müvafiq tapşırıqlar verilir”.

-Bu qeydlər İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun sosial şəbəkə səhifəsindəki paylaşımından götürülüb.

Görüş qarşılıqlı səmimi söhbət xarakteri daşıyıb. Ucqar dağ kəndinin sakinləri diqqətdə olduqlarına görə ölkə rəhbərliyinə, eləcə də RİH-in başçısına minnətdarlıqlarını ifadə ediblər.

İsmayıllı xəbərləri

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir