Sağlam və mənalı ömür arzulayırıq

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Ziyad qızı Əliyevanın 70 illik yubileyi qeyd olunub.

Tədbirdə Lətifə Əliyevanın zəngin həyat və fəaliyyət yoluna nəzər salınıb, peşəkar rəhbər kimi səmərəli fəaliyyəti vurğulanıb.

Qeyd edilib ki, on ildən artıq müddətdə Mərkəzə rəhbərlik edən L.Əliyeva ailə dəyərlərinin təbliği, qadın və uşaqların hüquqlarının qorunması, məişət zorakılığının qarşısının alınması istiqamətində mühüm təşəbbüslərlə çıxış edib.

Yekunda Mərkəzin direktoruna faydalı və uğurlu fəaliyyətinə görə Dövlət Komitəsinin xatirə medalı təqdim olunub.

Peşəkar jurnalist Lətifə Əliyevanı rayon ictimaiyyəti, “İsmayıllı xəbərləri” qəzetinin yaradıcı heyəti, eləcə də üzvü olduğu “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyinin üzvləri adından təbrik edir, Tanrı bəxşişi olan ömrünü sağlam və mənalı yaşamasını arzulayırıq.

İsmayıllı xəbərləri”

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir