Müxtəlif tipli suallara əsaslanan bilik yarışı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən 5 avqust 2025-ci il tarixində Xanagah kəndində mərkəzdən bəhrələnən, həmçinin kənd məktəbləri şagirdlərinin iştrakı ilə uşaqların asudə vaxtının səmərəli keçirilməsi məqsədilə oyun saatı keçirilib.

Uşaqlar əvvəlcə kəndin zəngin meşə florası ilə, sonra isə bir-biriləri ilə tanış olublar. Tədbir maraqlı intellektual oyunlarla, müxtəlif əyləncəli yarışlarla yadda qalan olub. İlk olaraq tanışlıq məqsədilə “Mən kiməm?” adlı oyun; “Biri var idi, biri yox idi” başlıqlı nağıl terapiyası; təsadüfən seçilmiş 5 komandanın yarışına əsaslanan tapmaca tapma oyunu və İsmayıllının təbii-coğrafi, mədəni həmçinin, tarixi keçmişi əsasında 30  müxtəlif tipli suala əsaslanan bilik yarışı keçirilib. Tədbir təbiətin qoynunda maraqlı söhbətlərlə sonlanıb.

A.Soltanova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir