Səmimi qəbula görə minnətdarlıq
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonun bir neçə idarə, müəssisə və digər xidmət təşkilatları rəhbərlərinin iştirakı ilə növbəti dəfə rayon sakinlərini qəbul edib, müraciətlərini dinlədik.
Qəbulda iştirak edən sakinlərin qaldırdıqları bütün məsələlərin həlli üçün tədbirlər görüləcəyi diqqətə çatdırılıb. Aidiyyəti şəxslərə sakinlərin qaldırdıqları problemlərin həllinə operativ yanaşılmasının vacib olduğu bildirilib.
Görüşdə iştirak edənlər səmimi qəbula görə minnətdarlıq ifadə ediblər.


