Problemlərin həllinə ciddi yanaşılmalıdır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq İsmayıllı rayonunun kənd və qəsəbələrində vətəndaşların səyyar qəbullarının keçirilməsi davam edir.

İyul ayının birinci ongünlüyündə kənd sakinlərinin, eləcə də xidməti müəssisə və idarə məsullarının iştirakı ilə belə görüşlərdən biri rayonun Quşencə kəndində keçirilib. Keçirilən qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib. Araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb və həlli üçün müvafiq tərəflərə tapşırıqlar verilib.

Qeyd edək ki, səyyar qəbullar zamanı sakinlərin müxtəlif məsələlərlə bağlı müraciətləri, ərizə və şikayətləri müsbət həllini tapır və dövlət-vətəndaş məmnunluğu yaranır. Bu səbəbdən də yerlərdə keçirilən görüş-qəbullar vətəndaşlar tərəfindən müsbət qarşılanır. Müraciətlərin arzu olunan və qısa zamanda qanunamüvafiq həlli vətəndaşları yetərincə razı salır.

Odur ki, rayonun hüquq-mühafizə orqanlarının da iştirakı ilə keçən səyyar qəbulda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov idarə və müəssisə rəhbərlərinə bu məsələdə ciddi mövqe tutmalı olduqlarını bir daha diqqətə çatdırıb.

İsmayıllı xəbərləri”

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir