Tarixi günlə bağlı tədbir
İsmayıllıda 14 İyul – Ulu öndərin ilk dəfə siyasi hakimiyyətə gəldiyi gün münasibətilə “Heydər Əliyev və Konstitusiya: hüquqla qurulan dövlət” mövzusunda tədbir keçirilib.
Tədbir Heydər Əliyev Mərkəzində İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə RİH-nin əməkdaşı Nəsimi Teymurov, Rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib, ümummilli liderin həyat və fəaliyətindən bəhs edən filmə baxıblar.
Daha sonra mövzu ətrafında çıxışlar dinlənilib.
Sonda İsmayıllı rayon Mədəniyyət Mərkəzinin Niyal instrumental ansamblının solistlərinin ifasında Ulu öndərə həsr edilmiş musiqi parçaları dinlənilib.

