Problemlərin bəzisi yerində həll olunur
İsmayıllı Rayon İcra Hakimiyyətində 16 iyul 2025-ci il tarixdə RİH başçısı Nahid Bağırov rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə növbəti dəfə rayon sakinlərini qəbulunu keçirib. Qəbulda vətəndaşların müraciətləri dinlənilib.
Olunan müraciətlərdə işlə təminat, sənədlərin hazırlanmasındakı narahatlıqlar, müəyyən xəstəliklər səbəbindən maliyyə çatışmazlıqları, mənzil-məişət problemləri üstünlük təşkil edir.
Qəbulda iştirak edən sakinlərin qaldırdıqları problemlərin bəzizisi yerindəcə həllini tapır. Araşdırma tələb edən bütün məsələlərin həlli üçün tədbirlər görüləcəyi bildirilir və aidiyyəti şəxslərə sakinlərin qaldırdıqları problemlərə operativ yanaşılması tapşırılır.


