Mövcud vəziyyət və qarşıda duran vəzifələr
15 iyul 2025-ci il tarixdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində 2024-2025-ci tədris ilinin başa çatması ilə əlaqədar Pedoqoji Şuranın son iclası keçirilib.
İclasda kollecin direktoru, inzibati və müəllim heyəti iştirak etdilər. İclasın keçirilməsində əsas məqsəd cari tədris ilinin yekunlarının qiymətləndirilməsi və növbəti tədris ili üçün əsas istiqamətlərin müəyyənləşdirilməsi olub.
Kollecin direktoru dosent K.Süleymanlı kadr potensialı, müəllim heyətinin fəaliyyətinin qiymətləndirilməsi və onların ixtisasartırma kurslarında iştirakının vacibliyini diqqətə çatdırıb.
Kollecin maddi-texniki bazasının mövcud vəziyyəti və inkişaf istiqamətləri haqqında və növbəti tədris ilində yeni ixtisasların açılması məqsədilə görülmüş işlər haqqında məlumat verib.
Tədris şöbəsinin müdirləri tərəfindən təqdim edilən hesabatlarda tələbələrin davamiyyət və müvəffəqiyyət göstəriciləri buraxılış və aralıq imtahanlarının nəticələri təhlil olunub. İstehsalat təcrübəsi və buraxılış işləri üzrə əldə olunan nəticələr də müzakirə edilib.
Təhlükəsizlik və sanitariya qaydalarına riayət olunması, yay tətili müddətində görüləcək texniki işlər, yeni tədris ili üçün qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.
Pedoqoji Şura tərəfindən yeni tədris ili üçün tövsiyələr qəbul edilib və gələcək fəaliyyət planı nəzərdə tutulub.
Elmir Ağayev


