Uşaqlar diqqətdən kənarda qalmayıb
Uşaqları hamı çox sevir. Axı onlar bizim gələcəyimizdirlər. Onlarsız evlərimiz boş, həyatımız mənasız olardı. Uşaqların gündəlik qayğısını çəkmək, xoşbəxt yaşamalarına təminat yaratmat, hər birimizin, eləcə də dövlətimizin ali məqsədidir. Uşaqların sağlam böyüməsi, savadlı olmaları üçun görülən işlər gündən günə artmaqda və faydalı olmaqdadır.
Bu istiqamətdə görülən işlər digər vaxtlarda olduğundan fərqli olaraq hər il 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günündə ictimaiyyətə daha təmtəraqlı şəkildə təqdim olunur.
31 may 2025-ci il tarixdə İsmayıllı bələdiyyəsi də uşaqlara göstərilən diqqətdən kənarda qalmayıb
şəhid ailələri və övladlarının, şəhərdəki bağça uşaqlarının iştirakı ilə bu əlamətdar günə həsr olunmuş təntənəli tədbir keçirib.
Bayram tədbirində çıxış edən bələdiyyə sədri Qüdrət Kazımov balacaları təbrik edib. Onların, eləcə də himayədarlarının ünvanına xoş arzularını səsləndirib. Şən, oynaq musiqi sədaları altında əylənən fidan balalar sözün həqiqi mənasında bayram ovqatı yaşayıblar. Tədbirə qatılan uşaqların hər birinə qiymətli hədiyyələr verilib. Davamçılarının bu qədər xoş dəqiqələr yaşadığını görən analar, nənə və babalar təşkilatçı tərəfə keçirilən tədbirə görə təşəkkürlərini ifadə ediblər. Yaddaqalan tədbir xatirə şəklinin çəkilişi ilə yekunlaşıb.
Ü.Əsədova,
bələdiyyənin əməkdaşı

