“Dağ çiçəkləri”nin iyun toplantısı keçirilib      

İyun ayının 5-də İsmayıllı rayon Uşaq kitabxanasında“Dağ çiçəkləri” ədəbi məclisinin növbəti toplantısı keçirilib. Beynəlxalq Şairlər Gününə təsadüf edən bu tarix münasibəti ilə  dünyasını dəyişmiş şairlərimizə Allahdan rəhmət, qalanlara can sağlığı və yaradıcılıq uğurları arzulanıb.

Məclisin üzvləri yeni qələm nümunələrini oxuyub. Oxunan şeirlərin müzakirəsi aparılıb. Bəyənilən şeirlər çap üçün “İsmayıllı xəbərləri” qəzetinə təqdim olunub.

Yazarlar ünvana və diqqətə görə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəhbərliyinə və kitabxananın əməkdaşlarına təşəkkür ediblər.

Sonda xatirə şəkli çəkilib.

Lalə Məmmədli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir