Tədbirlər görülür, tapşırıqlar verilir    

 

Mart ayının 13-də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonun Qurbanəfəndi və Buynuz kəndlərində  vətəndaşlarla növbəti səyyar qəbul-görüşünü keçirib.

Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonun kənd və qəsəbələrində, eləcə də İsmayıllı şəhərinin özündə vətəndaşların səyyar qəbulları davam etdirilir.

Adları çəkilən hər iki kənddə keçirilən qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb və həlli üçün müvafiq tapşırıqlar verilib.

Səyyar qəbullar zamanı sakinlərimizin müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün zəruri tədbirlər görülür, müvafiq tapşırıqlar verilir.

İsmayıllı xəbərləri

Şərh Yaz