Vətəndaşların növbəti qəbulu keçirilib  

 

Mart ayının 5-də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini müvəqqəti icra edən, RİH başçısının birinci müavini Mahmud Süleymanov rayonun idarə, müəssisə və digər xidmət təşkilatları rəhbərlərinin iştirakı ilə rayon sakinlərini qəbul edib və onların müraciətlərini dinləyib.

Narahatlıq doğurması səbəbindən diqqətə çatdırılan məsələlərin bir qismi araşdırılaraq, yerindəcə həll olunub.

Araşdırılması vaxt tələb edən digər məsələlər qeydiyyata alınıb və həlli üçün müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar keçirilən qəbuldan məmnunluq ifadəsi olaraq, ölkə rəhbərliyindən, aparılan daxili və xarici siyasətdən razı qaldıqlarını bildiriblər.

Şərh Yaz