Mülki müdafiə-əhalinin təhlükəsizliyinin təminatıdır
İsmayıllı Rayon İcra Hakimiyyətinin 2025-ci il üçün “Mülki Müdafiə tədbirləri planı”na müvafiq olaraq, rayonda “1 Mart – Ümumdünya Mülki Müdafiə Günü” ilə bağlı “Mülki müdafiə-əhalinin təhlükəsizliyinin təminatıdır” mövsuzunda silsilə tədbirlər keçirilib.
İsmayıllı RİH başçısı aparatının rəsmiləri FHN-nin Şimal-Qərb Regional Mərkəzinin əməkdaşları ilə birgə rayonun Cülyan kənd tam orta məktəbində keçirilən tədbirdə iştirak ediblər. Tədbir öncəsi torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayonda mülki müdafiə xidmətlərinin, Mülki Müdafiə (MM) obyektlərinin 2025-ci il mülki müdafiə üzrə tədbirlər planının icrasına müvafiq olaraq, MM xidmət və obyektlərində keçirilməsi mart ayının 1-nə nəzərdə tutulmuş tədbirlər planı hazırlanmaqla, “Mülki müdafiə-əhalinin təhlükəsizliyinin təminatıdır” mövzusu ətrafında keçirilən tədbirlərdə söhbətlər aparılıb. Belə ki, müəssisə və təşkilatlarda keçirilən tədbirlərdə iştirakçılara MM-nin yaranma tarixi və onun əvəzolunmaz əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Rayonun İƏD üzrə nümayəndəliklərində, bələdiyyələrdə, ümumtəhsil məktəblərində və digər idarə və müəssisələrdə sözü gedən tədbirlərin daha mütəşəkkil keçirilməsi üçün aidiyyəti idarə və təşkilatlar tərəfindən “1 Mart – Ümumdünya Mülki Müdafiə Günü” münasibəti ilə keçiriləcək tədbirlərin planı hazırlanıb.
Tədbir günü RİH-nin rəhbərliyi tərəfindən verilmiş təlimat göstərişlərinə əsasən idarə və müəssisə rəhbərləri, eləcə də ərazilərdəki işləməyən əhali keçirilən tədbirlərdə fəal iştirak edib.
Ərazilərdə keçirilmiş tədbirlərdə hadisələr zamanı idarə təşkilat kollektivinin hərəkət qaydaları, əhalinin təxliyyəsi, MM siqnalları ilə tanışlıq, siqnallardan sonra hərəkət, fərdi mühafizə vasitələrindən istifadə qaydalarına yiyələnmək, eləcə də təhlükəsizlik tədbirlərinə aid söhbətlər aparılıb. Digər tədbirlərdə olduğu kimi, bu tədbirdə də MM-ə aid sərgilər təşkil edilib.
Keçirilən tədbirlər zamanı qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib və gələcəkdə də belə tədbirlərin keçirilməsi məqsədəmüvafiq hesab olunmuşdur.
Nemət Abdurəhimov,
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi, İsmayıllı R.İ.H-nin Mülki Müdafiə Qərargah rəisi