Yüksək dəyərlər təbliğ olunur   

 

Ölkə başçısının sərəncamı ilə respublikamızda 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib.

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı rayon Təhsil sektorunun tədbirlər planına uyğun olaraq, şəhər 6 nömrəli tam orta məktəbdə “Heydər Əliyevin şah əsəri: Konstitusiyamız” adlı tədbir keçirilib.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəb direktorları, təhsil sektorunun əməkdaşları iştirak ediblər.

Çıxış edənlər Konstitusiyamızın üstünlüklərindən, suverenliyimizin tam bərqərar olmasından söz açıblar.

Yüksək dəyərləri təbliğ edən tədbirdə Konstitusiya və suverenliyimiz uğrunda canından keçmiş Vətən övladlarının əziz xatirəsi dərin ehtiramla yad olunub.

İsmayıllı xəbərləri

 

Şərh Yaz