Çağırış və səfərbərlik resurslarının mükəmməl mexanizmi yaradılmışdır   

13 fevral 2025-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayonunda çalışan əməkdaşları peşə bayramları münasibəti ilə tədbir keçiriblər.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak ediblər.

Tədbirin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin  rayonun Mərkəzi Meydanında ucaldılmış abidəsi önünə tər qızılgüllər qoyub, xatirəsini dərin ehtiramla yad ediblər.

Rayon İcra Hakimiyyətinin  başçısı Nahid Bağırov tədbir iştirakçılarını salamlayaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasında əsas məqsədin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqəti ilə davam etdirilən ordu quruculuğu prosesinə əhəmiyyətli təkan vermək, çağırış və səfərbərlik resurslarını tənzimləyən mükəmməl mexanizmin yaradılması olub.

Başçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayonda çalışan şəxsi heyətinə dövlətin, xalqın və Ali Baş Komandanın etimadını doğrultmaqda və  üzərlərinə düşən məsul, şərəfli işdə uğurlar arzulayıb.
Daha sonra şöbənin əməkdaşları rayondakı Şəhidlər xiyabanını ziyarət edib, torpaqlarımızın azadlığı, respublikamızın suverenliyi yolunda canlarını fəda edənlərin ruhuna dualar səsləndiriblər.

Şərh Yaz