Birliyin baş direktoru vətəndaş qəbulu keçirib
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov İsmayıllı rayonunda vətəndaş qəbulu keçirib.
Əsasən fərdi qazlaşma, kənd və yeni yaşayış massivlərinə küçə qaz xətlərinin çəkilişi, qaz xəttinin yerinin dəyişdirilməsi, qapı keçidinin quraşdırılması və işə qəbul ilə bağlı müraciətlər olub. Birlik rəhbəri hər bir müraciətin həlli yolu barədə sakinlərə və sahibkarlara ətraflı izahat verib.
Qəbulda bir sıra məsələlərin yerində baxılaraq araşdırılması üçün Ağsu Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.