Qarşıda duran vəzifələr müzakirə olunub     

 

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonun hüquq-mühafizə orqanları rəhbərləri ilə birgə İsmayıllı şəhər A.Aslanov adına 2 nömrəli tam orta məktəbinin yerləşdiyi ərazi ətrafında yaşayan sakinlərlə görüş keçirib.

Başçı ötən ildə görülmüş işlərdən danışmaqla bərabər, bu il  qarşıda duran vəzifələr barədə açıqlama verib.

Toplantıda iştirak edən sakinlər sırasından müxtəlif məzmunlu məsələlərlə bağlı çıxış edənlər olub.

Başçı keçirilən görüşlərin Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun aparıldığını vurğulayıb.

Sakinlərlə birgə ərazidəki problemlər müzakirə olunub. Şəxsi istək və təkliflər dinlənilib, araşdırması vaxt  tələb edən müraciətlər qeydiyyata alınıb. Qaldırılan  məsələlərin həlli üçün aidiyyəti üzrə təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Şərh Yaz