Sakinləri başçının müavini qəbul edib
İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib.
Fevral ayının 19-na təsadüf edən qəbulda İsmayıllı RİH başçısının vəzifəsini müvəqqəti icra edən, RİH başçısının birinci müavini Mahmud Süleymanov rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə rayon sakinlərini qəbul edib, onların müraciətlərini dinləyib.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi – icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün problemlər yerindəcə həllini tapıb. Problemlərdən bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.