Görkəmli bəstəkar Süleyman Ələsgərov anılıb
İsmayıllı rayonu Heydər Əliyev adına Mədəniyyət Mərkəzində görkəmli bəstəkar və dirijor, Dövlət mükafatı laureatı, Xalq artisti Süleyman Ələsgərovun mahnılarından ibarət konsert proqramı təqdim edilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Nəsimi Teymurov, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin İsmayıllı rayonu üzrə nümayəndəsi baş məsləhətçi vəzifəsini müvəqqəti icra edən Nilufər Mursaliyeva, Dağlıq Şirvan Regional Gənclər İdarəsinin rəisi Taleh Salehov, Mədəniyyət İşçiləri Həmkarların İsmayıllı Rayon Komitəsinin sədri Gülər Abdullayeva, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, İsmayıllı rayonu Fazil Əzimov adına Uşaq İncəsənət Məktəbinin direktor vəzifəsini müvəqqəti icra edən Teymur Əzizli, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbirdə ilk olaraq S.Ələsgərovun ömür yolunu əhatə edən videoçarx nümayiş olunub.
Bəstəkarın “Ulduz” operettasından Məhəmmədlə Züleyxanın dueti və İsmayıllı rayonu“Niyal” instrumental ansamblının solisti Rövşən Teyyubov və İsmayıllı Dövlət Humanitar və Texnologiya kollecinin tələbəsi Aytac Hüseynovanın ifasında maraqla qarşılanıb.
Çıxış edənlər Əməkdar Mədəniyyət işcisi, “Tərəqqi” medallı Sahibə Abdullayeva, “Niyal” instrumental ansamblının bədii rəhbəri Nizami Babayev, İsmayıllı rayonu Fazil Əzimov adına Uşaq İncəsənət məktəbinin direktor vəzifəsini müvəqqəti icra edən Teymur Əzizli Süleyman Ələsgərovun həyat və yaradıcılığından geniş söz açıblar.
Tədbir “Niyal” instrumental ansamblı solistlərinin ifasında konsert proqramı ilə davam edib.